Aprelin 25-də Şabran rayonunun Qorğan kəndində vətəndaşlarla növbəti görüşümüzü keçirdik.
Görüş zamanı vətəndaşların müraciətləri diqqətlə dinlənildi.
Yerində həlli mümkün olan məsələlər operativ şəkildə aradan qaldırıldı, digər müraciətlər isə müvafiq qurumlara yönləndirilməsi və nəzarətdə saxlanılması məqsədilə qeydə alındı.
Bununla yanaşı, son günlərdə yağan intensiv yağışlar nəticəsində baş vermiş güclü sel hadisəsinin fəsadları ilə yerində tanış olduq. Xüsusilə zərər görmüş ərazilərə və kəndi birləşdirən körpülərə baxış keçirdik. Mövcud vəziyyət ətrafında müzakirələr apardıq.