Mahsun Kırmızıgüldən ilginc açıqlama

Türkiyəli müğənni-rejissor Mahsun Kırmızıgül "Hürriyət”ə müsahibə verib.  Axşam.az-ın məlumatına görə, sənətçi rejissor fəaliyyətindən, ifaçılıqdan uzaqlaşmasının səbəblərindən danışıb: 
"Müğənniliyə davam etsəydim, kinodan qazandığımdan dəfələrlə artıq gəlirim olacaqdı. Amma filmə həvəsim mənim üçün pulu arxa plana keçirdi. Rejissorluğa başlamaqla necə düzgün qərar verdiyimi görürəm. Bundan sonra səhnəyə yalnız xalq üçün konsertlər verməkdən ötrü çıxa bilərəm. 60 yaşıma kimi 10 film çəkmək niyyətindəyəm. Beynəlxalq platformada da tanınmağı hədəf seçmişəm. Musiqini tərk etməyimin digər səbəbi isə bu sahədə ikiüzlülüyün çox olması idi. Buradakı bütün insanlar saxtadır. Üzünə gülüb arxanca iş görürlər. Belələrindən bezdim”. 
M.Kırmızıgül sadə həyat tərzi sürdüyünü deyib: 
"Şöhrətli biri kimi yaşamıram. Hər gün işə metro ilə gedib-gəlirəm. İnsanların baxışları, diqqəti məni əsla narahat etmir. Ayda 10 min lirə ilə (təxminən 3000 manat) dolanıram. Qazandığım pulları şirkətimdəki insanlarla bölüşürəm. Dostlarımla ən bahalı restoranlara gedirəm. Düşünürəm, bütün bunlara haqqım çatır”.