Sabahinfo.az–ın məlumatına görə, millət vəkili Makedoniya
prezidenti Georgi İvanovla görüşdə Xocalı Soyqırımından danışıb.
Görüş zamanı Azərbaycanla
əməkdaşlığın genişlənməsinə böyük önəm verdiyini deyən Makedoniya prezidenti
bildirib ki, Azərbaycan və Makedoniyanın beynəlxalq arenada bir-birinə
qarşılıqlı dəstəyinin daha da artması vacib və əhəmiyyətlidir.
O, Azərbaycan prezidenti İlham
Əliyevlə dost münasibətlərinin olduğunu və bunu yüksək qiymətləndirdiyini
vurğulayıb. Millət vəkili Makedoniya prezidentinə Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı son vəziyyətdən də danışıb. Millət vəkili Ermənistanın BMT Təhlükəsizlik
Şurası, İslam Konfransı Təşkilatı, Avropa Şurası Parlament Assambleyasının
qətnamələrinə məhəl qoymayaraq işğal etdiyi Azərbaycan torpaqlarından geri
çəkilmədiyini bildirib.
Makedoniya prezidenti aprelin
sonunda Azərbaycana səfər edəcəyini və səfər çərçivəsində önəmli müzakirələr
aparılacağını da deyib. O, Azərbaycanla iqtisadiyyat, enerji, turizm və digər
sahələrdə əməkdaşlığı genişləndirmək niyyətində olduqlarını və Azərbaycan
sərmayələrini Makedoniyada da görmək istədiklərini deyib. Millət vəkili Qənirə
Paşayevanı Makedoniyanın dostlarından biri adlandıran prezident Georgi İvanov
onu Makedoniyaya dəvət edib. Dəvət üçün təşəkkürünü bildirən millət vəkili
Qənirə Paşayeva Makedoniyaya bir neçə dəfə səfər etdiyini və hər zaman gözəl
münasibətlə qarşılaşdığını deyib.