Makron prezident olmaq üçün düşünür

Fransa prezidenti Emmanuel Makron yerli TF1 telekanalının efirində 2022-ci ilin aprelində keçiriləcək prezident seçkilərində iştirakla bağlı sualı cavablandırıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, Makron prezident seçkilərində ikinci müddətə namizədliyini irəli sürmək haqqında fikirləşməyə hazırki şəraitin imkan vermədiyini bildirib.

O əlavə edib ki, əgər qarşıdan gələn seçkilərdə namizədliyini artıq elan etsəydi, lazımi qərarlar qəbul etmək, xüsusən də koronavirus pandemiyasının yeni dalğası ilə mübarizə aparmaq çətin olardı.