Malatya yenə silkələndi: Ölən və yaralananlar var  - YENİLƏNİB

Bu gün Malatyada baş verən zəlzələ nəticəsində bir nəfər ölüb.

Sabahinfo.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə AFAD rəhbəri Mahmut Özer bildirib.

Onun sözlərinə görə, yeraltı təkan nəticəsində yaralananların sayı 69-a çatıb.

***

 

Malatyada baş verənzəlzələ nəticəsində dağıntılar var.

Sabahinfo.az bu barədə "Anadolu" Agentliyinə istinadla xəbər verir.

Məlumata görə, yeraltı təkanlar nəticəsində 22 bina dağılıb, 20 nəfər xəstəxanaya yerləşdirilib.

Milli təhsil naziri zəlzələ nəticəsində can itkisinin olmadığını bildirib.

***

Makatyada zəlzələ olub.

Sabahinfo.az "Anadolu" Agentliyinə istinadla xəbər verir ki, ətraf əyalətlərdə də hiss edilən zəlzələ 6,96 kilometr dərinlikdə baş verib.

Zəlzələ Malatya ilə yanaşı Kahramanmaraş, Qaziantep, Adıyaman və Şanlıurfa kimi ətraf vilayətlərdə də hiss olunub.

Malatyada yeraltə təkan nəticəsində bəzi binalarda çökmələr meydana gəlib.

Zəlzələdən sonra vətəndaşlar meydanlara toplaşıb.

AFAD-ın məlumatına görə, axtarış-xilasetmə qrupları sürətlə bölgəyə sövq edilərək işə başlayıb.

Açıqlamada həmçinin bölgədəki qəzalı binalara girməmək və riskli binaların ətrafında olmamaq barədə xəbərdarlıq edilib.

***

Türkiyə yenə silkələnib.

Sabahinfo.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, yetraltı təkan Malatyada qeydə alınıb.

AFAD zəlzələnin yerli vaxtla saat 12:04-də 5,6 bal gücündə Malatyanın Yeşilyurt mahalında olduğunu açıqlayıb.