Maqadan vilayətinin qubernatoru soydaşımızı təşəkkür məktubu ilə təltif edib

Maqadan vilayətinin “Birlik” Azərbaycan diasporu ictimai təşkilatının sədri Ramil Rəhimov Kursk vilayətinin sakinlərinə humanitar yardım göstərdiyinə görə Maqadan vilayətinin qubernatorunun təşəkkür məktubu ilə təltif edilib.

"Diaspornews.az" xəbər veririr ki, Maqadan vilayətinin qubernatoru Sergey Nosov adından “Birlik”in İdarə Heyətinin sədri Ramil Rəhimova təşəkkür məktubunda fəal vətəndaş mövqeyinə, qayğısına və Kursk vilayətinin sərhədyanı rayonlarının sakinlərinə humanitar yardımın göstərilməsində şəxsi töhfəsinə görə xüsusi minnətdarlıq ifadə olunub.

Mükafat aprelin 10-da etnik icma və qrupların milli-mədəni məsələlər üzrə regional ictimai şurasının iclasında təqdim olunub. Maqadan vilayətinin daxili və informasiya siyasəti naziri Yana Rujanskaya salamlama nitqi ilə çıxış edərək, xüsusilə belə çətin vaxtlarda xalqların birliyinin nə qədər vacib olduğunu qeyd edib: "Prezidentimiz Vladimir Putin öz sözlərində tez-tez vurğulayır ki, biz bütün Sovet xalqının şücaətini şərəfləndirir və xatırlayırıq. Çünki biz o vaxt və birlikdə Qələbənin hamı üçün bir olması üçün hər şeyi edirdik. Məhz o zaman xalqların dostluğu, qarşılıqlı yardım, bütün ənənələr, arxa və cəbhənin birliyi düşmənlə mübarizədə bizə kömək edən güclü qüvvəyə çevrildi".

Xatırladaq ki, Maqadan vilayətinin “Birlik” Azərbaycan diasporu ictimai təşkilatının sədri Ramil Rəhimov humanitar akisyalarda, ordiya yardım kampaniyalarında aktiv iştirak edir.