Masallıda YAP-ın namizədinə böyük etimad

Azərbaycan Respublikasının Milli Məclisinə sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilərlə bağlı təbliğat-təşviqat kampaniyası çərçivəsində sonuncu görüşü Masallı şəhər Mədəniyyət evində şəhid ailələri üzvləri, müharibə veteranları və iştirakçıları ilə keçirdim.

İçtirakçıları səmimiyyətlə salamlayıb qeyd etdim ki, Azərbaycan dövləti şəhid ailələri üzvlərinə, müharibə veteranlarına və iştirakçılarına xüsusi diqqət və qayğı göstərir. Onların sosial təminatının yaxşılaşdırılması üçün müxtəlif proqramlar həyata keçirilir, müavinətlə və mənzillə təmin edilirlər. Müharibə veteranlarının reabilitasiyası və cəmiyyətə inteqrasiyası üçün dəstək tədbirləri görülür. Şəhid ailələri üçün xüsusi olaraq sosial müdafiə proqramları mövcuddur. Bu addımlar dövlət tərəfindən qəhrəmanların fədakarlığının unudulmadığını və daim yüksək qiymətləndirildiyini göstərir.

Görüşdə çıxış edən seçicilər YAP-ın sədri, prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan, milli maraqlara xidmət edən siyasəti, ölkəmizdə həyata keçirilən islahatları təqdir etdiklərini, bu istiqamətdə həyata keçirilən tədbirləri dəstəklədiklərini vurğulayıblar və seçkilərdə Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəklərini əminliklə ifadə ediblər.