Moskva məhkəməsi Almaniyadan Rusiyaya qayıdarkən saxlanılan rusiyalı müxalifətçi Aleksey Navalnının 30 günlük həbsini qanuni sayıb.
Bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb.
“Moskva vilayətinin Ximski şəhər məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılsın, apelyasiya şikayəti təmin edilmir”, - deyə hakim Musa Musayev qərarı açıqlayarkən bildirib.