“Tərəqqi” Sosial-İqtisadi Araşdırmalar ictimai birliyi, Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 01 iyul 2023-cü il tarixindən “Məşət zoraılığı və erkən nigaha son!”- ailə dəyərlərinin təbliğinin təşkili layihəsinin icrasına başlayır.
Bu barədə Sosialmedia.az-a ictimai birliyin mətbuat xidmətindən bildirilib.
Layihənin əsas məqsədi regionlarda ailə institutunu inkişaf etdirmək,ailə dəyərlərinin təbliğini aparmaq, erkən nigahların qarşısını almaqla məişət zorakılığına yox demək və onun törətdiyi fəsadlar barədə maarifləndirmə işləri aparmaq, yetkinlik yaşına çatmayan gənclərin qeyri-rəsmi nigaha girməsinin qarşısını almaqdır.
Layihənin 3 ay müddətində Gədəbəy ,Şəmkir, Yevlax rayonlarında keçirilməsi planlaşdırılır. İlk tədbir avqust ayının sonu Gədəbəy rayonunda təşkil ediləcək.