Seçicilərlə görüşlırimiz davam edir. Təbliğat-təşviqat mərhələsi çərçivəsində Masallı rayonunu Qarğalıq, Şatıroba və Qızılağac kəndlərinin seçiciləri ilə məhəllə görüşləri keçirdik.
Bildirdim ki, sosial-iqtisadi sektor üzrə regionların davamlı inkişafının təmin edilməsi Azərbaycanın qarşısında qoyduğu əsas hədəflərdən biridir. Ölkəmizin digər şəhər və rayonlarında olduğu kimi, Masallı rayonunda da bu istiqamətdə geniş tədbirlər həyata keçirilib.
Seçicilərin suallarını cavablandırdıq, onları 1 sentyabrda fəallıq göstərərək layiqli namizədə səs verməyə səslədik.
Azərbaycanın yeni hədəflərinin reallığa çevrilməsinə töhfələrini vermək üçün seçicilərin səsvermə prosesində yüksək fəallıq nümayiş etdirəcəklərinə inanıram.