İngiltərədə meymun çiçəyi insandan-insana yayılmağa başlayıb.
Sabahinfo.az-ın "Reuters"ə istinadən verdiyi xəbərə görə, bu barədə Böyük Britaniya Səhiyyə Təhlükəsizliyi Agentliyi (UKHSA) bildirib.
Bildirilib ki, indiyə qədər sözügedən virus ölkədən kənara gedənlərdə və yaxud da gələnlərdə aşkar edilirdi: "İndiki virus İngiltərədə ilk dəfədir ki, insandan-insana ötürülür, burada endemik bir ölkə ilə səyahət əlaqəsi müəyyən edilməyib".
UKHSA-nın məlumatına görə, Birləşmiş Krallıqda yoluxanların əksəriyyəti - 132-si Londondadır ki, onlardan 111-i gey, biseksual və ya kişilərlə cinsi əlaqədə olan digər kişilərdə olduğu bilinir. Qadınlarda yalnız iki yoluxma var: "Meymun virusu hər kəsə təsir edə bilər, lakin ən son diaqnozların çoxu cinsi azlıq icmasıdır - onların əksəriyyəti Londonda yaşayır və ya onunla əlaqəsi var".
Meymun çiçəyi adətən qripə bənzər simptomlara və irinli dəri xəstəliklərinə səbəb olur ki, bu da adətən həftələr ərzində öz-özünə keçir, lakin yoluxmuşların kiçik bir hissəsini öldürə bilir.(unikal)