Milli Məclisin deputatı Qazaxıstana səfər edəcək

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova  mayın 14-də Qazaxıstanın Aktau şəhərinə səfər edəcək.

Millət vəkili səfərdə Qazaxıstan Xalq Assambleyasının 30 illik yubileyi və Aktau şəhərinin türk dünyasının paytaxtı elan edilməsi çərçivəsində keçiriləcək “Ana. Cəmiyyət. Gələcək” adlı beynəlxalq forumda iştirak edəcək.

Səfər mayın 17-də başa çatacaq.