Milli Məclisin deputatı Samir Vəliyev vətəndaş qəbulu keçirib

Milli Məclisin deputatı Samir Vəliyev Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının inzibati binasında vətəndaş qəbulu keçirib.

Görüşdə seçicilərin müraciətləri dinlənilib, qaldırılan məsələlərin bir qismi qanunvericiliyin tələblərinə müvafiq olaraq yerindəcə həllini tapıb, digərləri isə aidiyyəti qurumlara yönləndirilib.

Vətəndaş məmnunluğunun təmin olunması və onların hüquqlarının etibarlı müdafiəsi qanunverici fəaliyyətimizin əsas istiqamətlərindən biri olmaqla, daim diqqət mərkəzində saxlanılır