Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubad və Culfada seçiciləri ilə növbəti görüşlərini keçirib

Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubad və Culfa rayonlarında seçiciləri ilə növbəti görüşlərini keçirib.

Ordubad rayonun Biləv kənd mərkəzində keçirilən görüşdə Biləv kəndindən olan seçicilərlə yanaşı, Behrud və Parağa kəndlərindən, Culfa rayonunun Xanəgah kənd mərkəzində keçirilən görüşdə isə Xanəgah kəndindən olan seçicilərlə yanaşı, Xoşkeşin kəndindən olan seçicilər də iştirak ediblər.

Deputat görüşlərdə seçicilərin müraciətlərini, təkliflərini dinləyib, onları maraqlandıran sualları cavablandırıb.

Seçicilər görüşdən məmnunluqlarını ifadə ediblər.