Milli Məclisin sədri Sahibə Qafarova dekabrın 8-də Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə Azərbaycanla Avropa Şurası (AŞ) arasında mövcud əməkdaşlığa dair fikir mübadiləsi aparılıb. Milli Məclisin sədri Azərbaycanın Avropa Şurası ilə əməkdaşlığı çərçivəsində görülmüş işləri, həyata keçirilmiş birgə proqramları qeyd edib, 2022-2025-ci illəri əhatə edən yeni Fəaliyyət Planının əlaqələrin dərinləşməsində mühüm vasitə kimi qiymətləndirib. Mariya Peyçinoviç Buriç Azərbaycanın Avropa Şurasının dəyərli üzvü olduğunu vurğulayıb. O, Azərbaycan parlament nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasında fəal iştirakını qeyd edib. O, ölkəmizin bir sıra mühüm Konvensiyalara qoşulduğunu deyərək, bu məsələdə parlamentin mühüm rolu olduğunu bildirib.
Görüşdə Milli Məclisin sədri Sahibə Qafarova regionda gedən proseslər barədə ətraflı məlumat verib. Parlamentin spikeri işğaldan azad edilmiş ərazilərimizin bərpası və yenidən qurulması istiqamətində görülmüş işlər, Azərbaycanın Ermənistanla münasibətlərin normallaşması və sülh müqaviləsinin imzalanması üzrə təşəbbüsləri haqda danışıb. Həmçinin qonaq cari ilin sentyabr ayında Qarabağ bölgəsində aparılmış lokal antiterror tədbirlərinin səbəbləri, mahiyyəti və nəticələri barədə məlumatlandırılıb. Bu tədbirlərin beynəlxalq hüquqa uyğun şəkildə həyata keçirildiyi, mülki əhaliyə qarşı heç bir zorakılıq faktının qeydə alınmadığı, Azərbaycan öz suverenliyi bərpa etdiyi ifadə edilib.
Milli Məclisin sədri qeyd edib ki, bu gün artıq Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına heç bir maneə yoxdur. Bu mənada, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında qəbul olunmuş birgə bəyanat qarşılıqlı sülh gündəliyinin irəli aparılması üçün mühüm addım kimi qiymətləndirilib. Hər iki ölkənin yaxın gələcəkdə əlavə etimad tədbirlərinin həyata keçirilməsi üçün müzakirələri davam etdirməyə razılığını ifadə etməsi və tərəflərin beynəlxalq ictimaiyyəti bu səyləri dəstəkləməyə çağırması bəyanatın mühüm cəhəti kimi səciyyələndirilib.
Bu kontekstdə, Avropa Şurasının Azərbaycan və Ermənistan arasında etimad quruculuğu proseslərinə töhfə verə biləcək platforma rolunu oynamaq imkanlarına toxunulub. Milli Məclisin sədri mövcud reallıqları təhrif edən, iki ölkə arasında normallaşma prosesini zədələyən, sülh sazişinin tezliklə imzalanması perspektivlərinə xələl gətirən addımlara yol verilməməsini zəruri hesab edib. .
Söhbət zamanı AŞ-nin Baş katib regionda davamlı sülhün təmin edilməsi istiqamətində ölkəmizin atdığı addımları təqdir etdiklərini bildirib. Maria Peyçinoviç Buriç, Azərbaycan ilə Ermənistan arasında etimad quruculuğu proseslərinə Avropa Şurasının töhfə verməyə hazır olduğunu vurğulayıb.
Qarşılıqlı maraq doğuran digər məsələlərin də müzakirə olunduğu görüşdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, Azərbaycanın AŞ yanında daimi nümayəndəsi səfir Fəxrəddin İsmayılov, AŞ-nin Bakı ofisinin rəhbəri səfir Petr Zix və digər rəsmi şəxslər iştirak edib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəs