Azərbaycan Respublikasının Qeyri-hökumət Təşkilatlarına Dövlət dəstəyi Agentliyinin dəstəyi ilə Sosial Mədəni Dəyişikliklərin Öyrənilməsi” İB-i “Milli ruhda tərbiyyə yeni müstəvidə” layihəsini icra edir. 10 oktyabr 2025-ci il tarixində bu silsilədən növbəti tədbir Sumqayıtda gənclərin iştirakı ilə həyata keçirilmişdir.Professor Əyyub Kərimov milli ruhda tərbiyyənin vacibliyini hər zaman diqqətdə saxlanılması üçün mənəvi dəyərlərin rolunun və gənclərimizin həmin istiqamətdə maarifləndirilməsi üçün sosial şəbəkələrin mənfi steriotiplərindən ailə dəyərlərimizin qorunması yolları haqqında çıxış etmişdir. Tədbirdə Sumqayıt İcra Hakimiyyətinin ictimai –siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Fərman Kazımov çıxış edərək Vətən müharibəsində qələbəmizin əldə olunmasında milli ruhun, milli gücün böyük tarixi əhəmiyyətindən danışmışdır. Tədbirdə Hüseyn İbrahimov müasir dövrdə milli ruhda tərbiyyənin xüsusiyyətlərindən çıxış edərək milli ruhda tərbiyyənin daha effektiv artırılması üçün ailə, təhsil və sosial media institutlarının qarşılıqlı rolu metodlarının vəhdəti vacibliyindən danışdı.
