Azərbaycan milli komandasının bu gündən etibarən fevralın 26-dək Türkiyənin Antalya şəhərində keçirələcək təlim-məşq toplanışı üçün açıqlanmış heyətində iki dəyişiklik baş verib. AFFA-nın saytının yaydığı xəbərə görə, Rəşad Sadiqov ("Qəbələ”) və Səlahət Ağayev ("İnter”) zədəli olduqları üçün toplanışda iştirak etməyəcəklər.
Qeyd edək ki, millimiz toplanış çərçivəsində Ukraynanın "Şaxtyor" (Donetsk) klubu ilə yoldaşlıq matçı keçirəcək. Qarşılaşma fevralın 24-ü, saat 19:00-da başlayacaq.