"Robert Prosineçkinin çalışdırdığı rəqib meydana nömrələrsiz formalarda çıxmaqla, yəqin ki, "Şaxtyor”un futbolçu və məşqçilərini təəccübləndirdi”. Bu fikirlər ukraynalı jurnalist Yuri Yurisə məxsusdur. Azərbaycan millisinin Ukrayna "Şaxtyor”u ilə Antalyadakı yoxlama oyunu haqda reportaj hazırlayan həmkarımız yazısında Robert Prosineçkinin yetirmələrinin geyiminə də toxunub: "Yoxlama oyunlarında soyad yazılmayan formalar olur. Lakin nömrələrsiz formalar yığmanın sınaq matçlarında unikal hadisədir. Maraqlıdı, görüşün belaruslu hakimi azərbaycanlı futbolçulara verdiyi bir neçə sarı vərəqəni necə qeydə alırdı? Amma bizi təqib deyil, öz komandamız maraqlandırırdı”.
Həmkarımız yığmamızın rəqib qapısı önündə təhlükə yaratmaqda çətinlik çəkdiyini də qeyd edib: "Azərbaycan millisi arabir əks-hücumlar təşkil edirdi. Amma bu həmlələrdə Pyatov üçün təhlükə yox idi. "Şaxtyor” özünə xas olan kombinasiyalı futbol sərgiləsə də, sonuncu ötürmə çatmırdı. Taysonun meydana daxil olması ilə donetsklilərin oyunu xeyli canlandı”.
Qeyd edək ki, "Şaxtyor” millimizi 2:1 hesabı ilə məğlub edib.