“Miqrasiya Könüllüsü” İctimai Birliyi tədbir keçirdi

Azərbaycan Respublikası Qeyri- Hökumət Təşilatlarına Dövlət Dəstəyi Agentliyinin elan etdiyi qrant müsabiqə çərçivəsində “Miqrasiya Könüllüsü” İctimai Birliyinin təşkilatçılığı ilə “Hüquq Məktəbi” layihəsi keçirilmişdir. Əsas tərəfdaşları Dövlət Miqrasiya Xidməti və Vəkillər Kollegiyası olan layihə çərçivəsində iştirakçılar müxtəlif istiqamətdə olan 8 təlimdə iştirak etmişdir. Təlimlərdən sonra isə layihə praktiki hissə ilə davam etmiş, fərqlənən iştirakçılar Dövlət Miqrasiya Xidməti və müxtəlif Vəkil Burolarında təcrübə keçmişdirlər. Layihədə ümumilikdə 40 hüquqşünas gənc iştirak etmişdir