“Möhtəşəm uğurlara şahidlik edirik”

 

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən 59 saylı Quba seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Əlibala Məhərrəmlinin YAP Quba rayon təşkilatının qərargahında seçicilərlə görüşü keçirilib.

 

Görüşü giriş sözü ilə açan YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova Yeni Azərbaycan Partiyasının parlament seçkilərinə “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı ilə qatıldığını vurğulayıb, partiyanın bu dəfə də möhtəşəm qələbə qazanacağına əminliyini bildirib. 

 

Çıxış edən deputatlığa namizəd Əlibala Məhərrəmzadə ölkəmizin həyatında baş verən ictimai-siyasi proseslərdən, partiyanın qazandığı uğurlardan və gündən-günə artan nüfuzundan bəhs edib. O, Yeni Azərbaycan Partiyasının yüksək nüfuz sahibi olduğunu vurğulayıb. Qeyd olunub ki, bu gün Ulu Öndər Heydər Əliyevin siyasi varisi, dövlət başçısı, partiyamızın Sədri Prezident İlham Əliyevin rəhbərliyi ilə qalib xalqın nümayəndələri kimi möhtəşəm uğurlara şahidlik edir və gələcəyə doğru inamla addımlayırıq.

Əlibala Məhərrəmzadə seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və Azərbaycanın gələcəyinə səs verməyə çağırıb.

Tədbirdə çıxış edən görüş iştirakçıları Laçın Səfərəliyev, Elza Orucova, Ramiz Həmzəyev, Əmrulla Nurullayev, Rəxşəndə Bayramova və digərləri Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ötən illər ərzində Azərbaycanın zircələr fəth etdiyini vurğulayaraq seçiciləri YAP-ın namizədinə səs verməyə çağırıblar.