Növbəti həftə Moskvada 1897-ci ilin temperatur rekordu qırıla bilər.
Bu barədə RBK məlumat yayıb.
Növbəti həftə Rusiya paytaxtında temperaturun may ayı üçün olan normadan 10-11 dərəcə yüksək olması proqnozlaşdırılır.
Mayın 17-də Moskvada temperaturun 28-30 dərəcəyə qədər yüksəlməsi gözlənilir. Mayın 18-də isə temperaturun 31 dərəcəyə çatması gözlənilir.
Qeyd edək ki, 1897-ci ildə Moskvada may ayında havanın temperaturu 29,1 dərəcə olmuşdu.