Moskvanın Tverskoy Məhkəməsi şəhərin mərkəzindəki Qırmızı Meydanda buzovla gəzən amerikalı heyvan hüquqları müdafiəçisi Alisiya Dayın 13 sutkalıq həbs edilməsinə dair qərar verib. Onun polisə itaətsizlik göstərdiyinə görə həbs edildiyi bildirilib.
Rusiya paytaxtının mərkəzində buzov ilə gəzən qadın ötən gün saxlanılıb. Onun 34 yaşlı ABŞ vətəndaşı olduğu müəyyən edilib.
Saxlanılan şəxsin sözlərinə görə, o, “Avito”da heyvan alıb və onu gəzdirmək qərarına gəlib.
Xatırladaq ki, bundan əvvəl Alisiya Day Qırmızı Meydanda icazəsiz mitinqdə iştirak etdiyinə görə 20 min rubl cərimə edilmişdi.