Bu gün səhər saatlarında pilotsuz uçuş aparatı (PUA) Moskva şəhərinin Lenin prospektində yerləşən 14 mərtəbəli yaşayış binasına çırpılıb.
Məlumatı Moskva şəhərinin meri Sergey Sobyanin də təsdiq edib.
Rusiya mətbuatı yazır ki, pilotsuz uçuş aparatı üç partlayıcı daşıyıb.
Yaşayış binasının sakinləri təxliyə ediliblər.
Rusiya “Telegram” kanalları PUA-nın qəzaya uğraması nəticəsində ölənlərin olduğunu yazır.
Hələlik aidiyyəti qurumlar dağıntı və insan itkisi barədə məlumat yaymayıblar.