Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Xocalı faciəsi qurbanlarının xatirəsini anma mərasimində iştirak edib. Türkiyə XİN rəhbəri abidənin önünə gül dəstələri qoyub. 23 il əvvəl - 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni təcavüzkarları Azərbaycanın Xocalı şəhərində bəşəriyyət tarixində ən qanlı faciələrlə bir sırada duran soyqırımı törədiblər.