Mövqelərimiz yenə ATƏŞƏ TUTULDU 

Ordumuzun mövqeləri atəşə tutulub.

Sabahinfo.az bu barədə Müdafiə Nazirliyinə  istinadən xəbər verir.

Məlumata görə, aprelin 10-u saat 20:55-də Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Seyrək Meşə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.

Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.