MSK beş şikayəti araşdırır

Hazırda Mərkəzi Seçki Komissiyasında (MSK) beş şikayət araşdırılır.

Sabahinfo.az xəbər verir ki, bunu MSK sədri Məzahir Pənahov rəhbərlik etdiyi qurumun bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, sabah saat 18:00-a qədər daxil olacaq şikayətlər də araşdırılacaq:

"Dairə seçki komissiyasının göz yumduğu məsələlərə biz baxırıq. Bizdən narazı olanlar isə məhkəmələrə müraciət edə bilərlər. Biz iddiaçıların iddialarını təmin etməyin tərəfdarıyıq. Sadəcə Məcəllənin tələbinə uyğun addım ata bilərik".