Müharibədə ölən uşaqların sayı açıqlandı

Rus qoşunları Ukraynada 450 uşağı öldürüb, 864 uşağı yaralayıb.

Sabahinfo.az xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu  "Telegram"da məlumat yayıb.

"Rusiya Federasiyasının genişmiqyaslı hücumu təcavüzü nəticəsində Ukraynada 1314-dən çox uşaq xəsarət alıb. 450 azyaşlı qətlə yetirilib,864 nəfəri isə xəsarət alıb", - məlumatda deyilir.