Qarabağ müharibəsində “İsgəndər” raketlərindən istifadə edildiyi barədə həm mətbuatda, həm də məndə etibarlı məlumatlar var. Müharibənin son dövründə və konkret olaraq Şuşa istiqamətində istifadə edilib.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan müsahibəsində bildirib.
Sarkisyan deyib ki, “İsgəndər” müharibənin dördüncü və ya beşinci günündə, Azərbaycanın Horadizdə və digər yerlərdə çoxlu sayda canlı qüvvə, hərbi texnika yığdığı zaman istifadə edilməli idi. “İsgəndər” məhz bu məqsəd üçün mövcuddur.
"Ancaq başqa bir tezis, düşünürəm ki, digər vasitələrimizin Azərbaycana qarşı istifadə edilmədiyini demək düzgün deyil. Birinin Kirovabad (Gəncə şəhəri) hava limanını məhv etmək əmrini verdiyini necə lovğalıqla söylədiyini xatırlayın.
Reallıq budur ki, Kirovabada (Gəncə) atəş açıldı. Hansı ki, bu, ən böyük axmaqlıq idi. Bu insanların hərəkətlərini başa düşmürəm”.
Beynəlxalq ictimaiyyətin bundan sonra Ermənistanı günahlandırmağa başlaması ilə bağlı suala gəlincə, Sarkisyan, "əlbəttə, günahlandırmalı idilər”, - deyə cavab verib.
"Təkcə beynəlxalq ictimaiyyət günahlandırmağa başlamadı, bundan sonra Stepanakerti (Xankəndi- red) və Martunini (Xocavənd-red.) nişan almağa başladılar. Daha əvvəl Stepanakertə atəş etmədiklərini demirəm, ancaq bu atəş iki hədəfə - "müdafiə ordusunun" qərargahı, digəri elektrik stansiyasına yönəlirdi. Bu belə idi. Əlbəttə, istifadə etmək lazım idi, bəs onda nə üçün əldə etmişdik. Ümumiyyətlə, beynəlxalq birliyin bu bəyanatları... Bunlar kimə lazım idi? Demirəm ki, birinci hədəf qaz kəmərləri, neft kəmərləri və s. olmalı idi. Bəs biz bu “İsgəndər”i niyə əldə edirdik. Lazımi anda istifadə etməmisinizsə, niyə gətirdiniz?".
Sarkisyan onu da əlavə edib ki, müharibənin beşinci və ya altıncı günündə bəziləri guya "İsgəndər" bizim deyil, idarəetmə sistemi başqa yerdədir kimi şayiələr ortaya atmışdılar.
"Bu, cəfəngiyatdır. "İsgəndər" bizimdir. Biz, müttəfiqimizin bu cür silahlar təqdim etdiyi yeganə ölkəyik və bunları istifadə etməməyi başa düşə bilmirəm".