Münbit investisiya mühiti

Prezident İlham Əliyev 23 avqust tarixində Özbəkistana rəsmi səfəri zamanı işgüzar dairələrinin nümayəndələri ilə görüşdə ölkəmizdə olan münbit investisiya mühitindən bəhs etdi. Ölkə başçısı bildirdi ki, indi Özbəkistanla Azərbaycan arasında mövcud olan ən yaxşı siyasi konyunktura heç bir yerdə mövcud deyil. Ona görə də bu, iş adamlarımızı birlikdə işləməyə və o cümlədən, birgə investisiya qoymağa sövq edən ən vacib amillərdən biridir. Özbək investorları üçün Azərbaycanda işləmək, sərmayə qoymaq da əlverişli və faydalı olacaq. Biznes strukturları siyasi konyunkturaya çox həssas reaksiya verir. Ölkələrimiz arasında investisiya proqramları müəyyən olunmuş sahələrə sənaye, kənd təsərrüfatı, turizm və mehmanxana biznesi daxildir.  İşgüzar dairələrinin nümayəndələri ilə görüşdə Prezident İlham Əliyev biznes layihələrinə informasiya dəstəyinin vacibliyinə diqqət çəkdi. Ölkə başçısı qeyd etdi ki, həm Azərbaycanda, həm də Özbəkistanda baş verənlərlə bağlı və hansı böyük layihələrin reallaşdığı, biznes üçün necə imkanların olması barədə daha çox informasiya olmalıdır.

Prezident İlham Əliyevin 23 avqust tarixində Özbəkistana rəsmi səfəri zamanı ölkələrimiz arasında müttəfiqlik münasibətləri haqqında müqavilə imzalandı ki,  bu da iki ölkənin imzalaya biləcəyi ən yüksək beynəlxalq sənəddir. İki qardaş xalq, iki müstəqil, güclü, suveren, nüfuzlu dövlət rəsmi müttəfiq oldular. Bu, çox mühüm xarici siyasət addımıdır və gələcək illərdə ölkələrimizin münasibətlərini, həmçinin bir çox hallarda regional siyasəti müəyyən edəcək.

Özbəkistanda rəsmi səfəri zamanı  mətbuata verdiyi bəyanatında Prezident İlham Əliyev vurğuladı ki, biz həmişə - istər işğal, istərsə də İkinci Qarabağ müharibəsi illərində və sonra da özbək xalqının qardaş dəstəyini hiss etmişik.

Təxminən 30 il ərzində Azərbaycan üçün bir nömrəli məsələ işğal olunmuş ərazilərin azad olunması idi. Xalqımızın tarixi nailiyyəti ərazi bütövlüyünün bərpası və sonra ötən ilin sentyabrında suverenliyin tam təmin edilməsidir.

Özbəkistan Prezidentin təşəbbüsü ilə Azərbaycana mənəvi dəstək olaraq azad olunmuş ərazilərin bərpasına kömək edilib. Ötən  il avqustun 23-də  Füzulidə Mirzə Uluqbəy adına 960 şagird üçün nəzərdə tutulan və Azərbaycan-Özbəkistan münasibətlərinin rəmzi olan, eymi zamanda, özbək xalqının gözəl münasibətlərinin simvoluna çevrilən məktəbin açılışı oulub.

Hazırda Mərkəzi Asiya, Cənubi Qafqaz, Xəzər regionları vahid geosiyasi regiona çevrilməkdədir və regionlarımızda müsbət proseslər Özbəkistan ilə Azərbaycan arasında səmərəli əməkdaşlıqdan asılıdır.

Əlişah Rəcəbov,

YAP Ağdaş rayon təşkilatının sədri