Müxalif partiyalarla dialoq razılığını, İqtidar partiyanın bir jesti kimi saymaq olar

İqtidar partiyasının müxalifət partiyaları ilə dialoqa getməsi sırf dövlət, vətən, xalq üçün atılan bir addımdır. Dialoqun məqsədi və hədəfi Azərbaycan dövlətinə və xalqına xidmət etməkdir, burda başqa maraqlardan söhbət gedə bilməz. Çünkü bu dialoqun məqsədi dövlətə fayda vermək olduğu üçün, digər maraqlar istər mövcüd olsun, istərsədə olmasın, dövlət maraqları yanında kiçik və önəmsiz qalır. 

Dialoqdan kimlər imtina edər, kimlər dialoqa gedər bir qədər aydınlaşdırmalı olsaq. Əgər müxalif partiya anti-Azərbaycan dairələri ilə əlbirdisə, onların maraqlarına xidmət edirsə, onlardan qrant alırsa, həmin müxalif partiya istəsə belə İqtidar partiya ilə dialoqa gedə bilməz, çünkü anti-Azərbaycan dairələri ilə əlbir olan bir partiya, milli maraqlara xidmət edə bilməz, əgər edərsə onu maliyyələşdirən dairələrin qəzəbinə tuş gələcəkdir. Ona görə həqiqi əsil müxalifət İqtidarla dialoqa getməkdən çəkinməz, çünkü alnı açıq, üzü ağdır, qorxacağı heç bir qüvvə yoxdur. 

Müxalif partiyalarla dialoq razılığını, İqtidar partiyanın bir jesti kimi saymaq olar. İqtidar partiyasının bu jesti həm müxalif partiya rəhbərliyinə, həm onun üzvlərinə qarşı böyük bir dəstəkdir, kömək əli uzatmaqdır. Onlarıda xalqa, dövlətə xidmət etməyə səsləməkdir. Bu dialoqdan imtina edən partiyaların əqidəsi və maraqları çılpaqlığı ilə göz önündədir. İqtidar partiya və Xalq arasında güclü bağlar mövcüddür, müxalif partiya təmsilçiləridə xalqın bir üzvləridir, onlara qarşı bu jest, sanki bir kömək əli uzatmaq deməkdir. Vətənə, dövlətə layiqli vətəndaş olmaq yollarında bir dəstəkdir. 

Bu dialoqlara müxtəlif donlar geyindirən Qərbin Azərbaycandakı “5-ci kolon” nümayəndələridir. Onlar öz satqın əqidələrini gizlətmək üçün, özlərini öncədən müdafiə etmək məqsədi ilə, böhtanla hücuma keçirlər. Qorxurlar xalq haqlı olaraq dialoqa qoşulmama səbəbi üçün, onlardan məntiqli izah istəyəcək. Xalqın gözü tərəzidir, saxta məntiqlə heç kəsi aldada bilməyəcəklərini bilirlər. Ona görə onlar üçün tək çıxış yolu qabaqdan gəlmişlik edərək, bu dialoqlara müxtəlif iftiralarla ləkə yaxmaqdır. Partiyalar arası dialoq çox normal haldır, bunu xalqda bilir, bu dialoqlardan yeganə qazananda xalqdır. 

Mircalal Mehdiyev Ağa oğlu,
Lənkəran rayon Moğonojoba kənd sakini.