Bakıda keçirilən Beynəlxalq Qadınlar Forumu müxtəlif ölkələrdən olan sosial sahibkarları iştiraka dəvət edir.
“İki sahil” xəbər verir ki, 8-9 fevral 2023-cü il tarixlərində qadın Sosial Sahibkarlıq Forumu keçiriləcək.
Forumun proqramının əsasını beynəlxalq komandalarda 24 forum iştirakçısı tərəfindən işlənib hazırlanmış biznes və cəmiyyət üçün aktual mövzular üzrə 9 yeni layihənin təqdimatı təşkil edəcək. Məsələn:
təcrübə mübadiləsi, biznes yaratmaq və optimallaşdırmaq üçün müxtəlif ölkələrin məsləhətçiləri və sahibkarlarını vahid şəbəkədə birləşdirəcək çevik “Business Image Lab” platforması təqdim olunacaq;
Beynəlxalq Rəqəmsal Onlayn Animasiya Oyunları Məktəbində 9-13 yaşlı uşaqlar virtual reallıq üçün oyun yaratmağı öyrənəcəklər;
A+A Beynəlxalq Dizayn Seminarı əlillər də daxil olmaqla uşaqlar üçün paltarların rənglənməsi üzrə master-klassda iştirak etməklə inklüziv cəmiyyətin inkişafına kömək edəcək və həmyaşıdlarını tolerantlığa həvəsləndirəcək.
Layihələr arasında hətta cəmiyyətə inklüzivlik mövzusunda beynəlxalq teatr tamaşası – “Ariada Thread” layihəsi, “Yan və Anna” tamaşası da var.
Qadınlar Forumunun təsisçisi Anna Leonenko (Mediaost) planlaşdırılan layihələrin çoxunun həyata keçiriləcəyinə əmindir. "Tamamilə yad insanların yaxınlaşması, birləşdirici prinsip axtarışı və yeni ideyaların, layihələrin, dostluğun, tərəfdaşlığın yaranmasının yaradıcı prosesini izləmək heyrətamiz hissdir! Bəzi layihələr kommersiya əsası ilə istifadəyə verilməyə hazırdır, digərləri isə maliyyələşməyə təqdim olunur. Onların həyata keçirilməsi dünyanı bir az da yaxşılaşdıracaq, biz buna əminik”.
Forumda təqdimatlardan əlavə, şəbəkələşmə platforması, Azərbaycanın işgüzar dairələri və qadın təşkilatlarının nümayəndələri ilə görüşlər, ölkədə sahibkarlara dəstək üzrə dövlət proqramlarının təqdimatı keçiriləcək. Qadın sahibkarlığı üzrə cari seminarların cədvəlinə aşağdakı mövzular daxildir:
startaplar üçün investisiyaların tapılması, sosial faydalı layihələr üçün qrant maliyyələşdirilməsi,
internetdə biznes layihələri, sosial şəbəkələrdə malların/xidmətlərin təşviqi üçün onlayn marketinq.
Həmçinin komanda işgüzar oyunları və master-klasslar keçiriləcək.
Anna Leonenko “Əcnəbilər üçün Almaniyada iş tapmaq və biznes yaratmaq” mövzusunda master-klass keçirəcək;
Naida İvazoviç (Almaniya) “Weiberwirtschaft”ın biznes konsepsiyasının təqdimatı ilə onlayn yayım keçirəcək.
Forumda həmçinin sosial sahibkarlara peşəkar inkişaf, şəxsi inkişaf, biznes emiqrasiyası və s. sahələrdə öz xidmətlərini təklif etməyə hazır olan məsləhətçilərin yarmarkası keçiriləcək.
Hazırkı proqram artıq forumun saytında təqdim olunub. İştirak üçün Azərbaycan, Rusiya və Almaniyadan olan sahibkarlar və qeyri-kommersiya təşkilatlarının nümayəndələri, mədəni tədbirlər istehsalçıları dəvət olunur. Müxtəlif ölkələrdən olan hər kəs onlayn foruma qoşula biləcək. Forum Azərbaycan dilində, rus və ingilis dillərinə sinxron tərcümə ilə keçiriləcək.
* * * * *
Layihənin təşkilatçıları: Mediaost Events und Kommunikation GmbH (Berlin),
Azərbaycanda Qadın Sahibkarlığının İnkişafıAssosiasiyası AQSİA (Bakı),
WEIA - Qadın və Sosial Sahibkarlığın İnkişafı Beynəlxalq Mərkəzi (Moskva).
Layihə Almaniya Xarici İşlər Nazirliyi tərəfindən “Şərq Tərəfdaşlığı və Rusiya proqramı” çərçivəsində dəstəklənir.
Almaniyada əlaqə:
Natali Reznik (Layihə koordinatoru)
+49 151 612 24996
Mediaost Events & Communication GmbH
http://www.mediaost.de/en/
Rusiyadakı əlaqə:
Viktoriya Nalbandova (coordinator)
+7 915 086 80 35
Azərbaycandakı əlaqə:
Sevda Hüseynova (coordinator)
+994 50 625 33 25