NATO: "Müharibənin həlledici mərhələsinə qədəm qoyuruq"

"Ukraynada Rusiya ilə müharibə tezliklə həlledici mərhələyə daxil olacaq, həftələr sayılır, lakin hərbi əməliyyatların mümkün eskalasiyası proqnozlaşdırılmır".

Sabahinfo.az bildirir ki, bunu "Əl-Cəzirə" telekanalına müsahibəsində NATO baş katibinin müavini Mirça Coana deyib.

Baş katibin müavininin sözlərinə görə, NATO əmindir ki, Rusiya prezidenti Vladimir Putin Ukrayna ərazisində qarşılaşdığı hadisədən sonra Alyansa qarşı döyüşmək istəməyəcək.