Rusiyaya məxsus üç hərbi təyyarədən ibarət qrup Polşa hava məkanını pozub.
Sabahinfo.az xəbər verir ki, bu barədə Niderland Müdafiə Nazirliyinin bəyanatında bildirilib.
Qeyd edilib ki, hava məkanının pozulmasının qarşısını Niderland Hərbi Hava Qüvvələrinə məxsus iki F-35 qırıcısı alıb:
"Naməlum təyyarələr Kalininqrad şəhərindən Polşa ərazisinə yaxınlaşıb", - bəyanatda deyilib.
Məlumata görə, təyyarələrin ikisi Su-27, biri isə İl-20M olub.
Xatırladaq ki, Polşada hazırda Niderland Hərbi Hava Qüvvələrinə məxsus 8 ədəd F-35 təyyarəsi yerləşdirilib.