NATO Türkiyədə hərbi təlimlər keçirəcək

İyunun 20-26-ı tarixlərində NATO-nun Türkiyədə hərbi təlimləri başlayacaq.

Adalet.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, təlimlər Türkiyənin Konya şəhərində yerləşən 3-cü əsas raket baza komandanlığında baş tutacaq.