NATO Ukraynaya silah tədarükünü davam etdirməklə münaqişənin uzanmasına gətirib çıxarır.
Sabahinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova NATO Şurasının xarici işlər nazirləri səviyyəsində keçirilən iclasından sonra bildirib.
"Ukraynanı əlavə silahlarla təmin etməyə davam edən alyans münaqişənin uzanmasına gətirib çıxarır. O, Kiyev rejiminin müharibə cinayətlərinə və təkcə Donbassda deyil, bütün Ukraynada mülki insanlara qarşı qəddarlığa görə cəzasız qalacağına inamını dəstəkləyir. Getdikcə daha aydın olur ki, münaqişəyə açıq şəkildə daxil olmasını inkar edərək, Şimali Atlantika bloku faktiki olaraq uzun müddət Ukraynanın tərəfində və əli ilə Rusiyaya qarşı vuruşur", - deyə Rusiya XİN-in saytında Zaxarova adından yayılan açıqlamada qeyd olunub.