"Azad edilmiş ərazilər, ordakı məntəqələrin bütün tələblərlə təchiz olunması və Naxçıvanı diqqətdə saxlamalıyıq. Məndə olan məlumata görə, Naxçıvanda məntəqələrdə bir sıra problemlər var".
Sabahinfo.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.
MSK sədri bildirib ki, lazım olsa, Naxçıvana nümayəndə göndərərik.
“Yerində məntəqələrdə nə lazımdır sənədləşdirərik. Azad edilmiş ərazilər və Naxçıvan bizim hər zaman diqqət mərkəzimizdədir”.