Naxçıvanda silsilə oğurluqlar edən şəxs saxlanıldı

Naxçıvan şəhəri ərazisində ayrı-ayrı şəxslərə məxsus evlərdən ümumilikdə 2000 manatlıq nağd pul vəsaiti və qızıl-zinət əşyaları oğurlanıb. 

Sabahinfo.az xəbər verir ki, Naxçıvan Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olmuş 30 yaşlı Zəka Həsənli müəyyən olunaraq saxlanılıb.

Araşdırmalar aparılır.