Nazir Məhkəmə-Hüquq Şurasının üzvlüyündən çıxarıldı - FƏRMAN

Ədliyyə Nazirliyi haqqında Əsasnamədə dəyişiklik edilib.

Sabahinfo.az  xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Dəyişikliyə əsasən, ədliyyə naziri Məhkəmə-Hüquq Şurasının üzvlüyündən çıxarılıb.

Qeyd edək ki, hazırda ədliyyə naziri Fikrət Məmmədovdur.