Ukraynada müharibə başlayandan bəri infrastrukturun 30%-ə qədəri məhv edilib.
Bu barədə Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov məlumat verib.
Nazir qeyd edib ki, infrastrukturun bərpasına təxminən 100 milyard dollar lazım olacaq.
“Söhbət 8 min kilometrdən çox yoldan və 300 körpüdən gedir. Yol infrastrukturunun bərpası üçün iki ilə yaxın vaxt lazımdır”, - deyə Aleksandr Kubrakov vurğulayıb.