“Növbədənkənar seçkilərin keçirilməsi dünyada qəbul edilib”.
Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, yalnız inkiaf etməkdə olan ölkələrdə deyil, inkişaf etmiş ölkələrdə də bu qayda var: “Gələn il keçiriləcək növbədənkənar seçki zəfər seçkisidir. İlk dəfə seçkilər Azərbaycanın bütün ərazilərində keçiriləcək, bu, zəruri idi”.
Deputat qeyd edib ki, bütövlükdə əldə edilən uğurlar dayanıqlılığı baxımdan çox vacibdir: “Cənab prezident bu dayanıqlılığı təmin edə şəxsdir. Əminəm ki, gələn il keçiriləcək növbədənkənar seçkilər iqtisadi-siyasi baxımdan yeni mərhələnin keçirilməsinə vasitə olacaq”./bakivaxti.az