Seçki Qərargahından verilən məlumata görə sentyabr ayının 1-də Milli Məclisə keçiriləcək seçkilərdə 89 saylı Seçki Dairəsindən namizədliyi qeydə alınmış Novruzəli Davud oğlu Aslanov ( Novruz Aslan) təbliğat planına uyğun olaraq təbliğatın ikinci günü birinci görüşü İsmayıllı rayonunun Kürtmaşı kəndində oldu. Novruz Aslan görüşə gələn kənd sakinlərini salamladı və öz platformasından danışdı. Vətən müharibəsində, Qisas əməliyyatında və 1 günlük antiterror əməliyyatlarında canlarını fəda edən Şəhidlərimizin və Qazilərimizin keçdiyi şərəfli ömür yolundan və Qalib ölkəmizin regionda və dünyadakı nüfuzundan danışdı. Sonra kənd sakinləri ilə Novruz Aslanın səmimi söhbəti oldu. Kənd sakinləri onları maraqlandıran sualları verərək kəndin qayğılarından danışdılar. Məlumat üçün bildirək ki, təbliğat dünəndən başlayıb bu Novruz Aslanın altıncı görüşüdür. Novruz Aslanın bu gün üçün birinci görüşüdür və digər kəndlərdə də görüşləri olacaq.