Rusiya Xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rusiya özünü NATO ilə müharibə vəziyyətində hesab etmir.
Sabahinfo.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində deyib.
“Rusiya NATO ilə müharibə aparmır, hadisələrin bu cür inkişafı nüvə müharibəsi risklərini artıra və nüvə müharibəsinə doğru bir addım ola bilər”, – nazir qeyd edib.
Lavrovun sözlərinə görə, nüvə müharibəsinə yol vermək olmaz.