Nyu-Yorkdakı “Sotheby's” hərracında Tiranozavr reksin kəllə sümüyü altı milyon dollara satılıb.
Məlumata görə, qalıqları satılan heyvana Maksimus adı verilib.
Londondakı Təbiət Tarixi Muzeyinin dinozavrlar üzrə baş mütəxəssisi, professor Pol Barret hərracı şərh edərkən qeyd edib ki, əgər əvvəllər qədimi heyvanların skeletləri mütəxəssislər tərəfindən alınırdısa, indi incəsənət obyektləri ilə maraqlanan kolleksiyaçılar onları toplamağa başlayıblar.
Eyni zamanda, Barret qeyd edib ki, muzeylərin kolleksiyaçılarla rəqabət aparmaq üçün vəsaiti yoxdur.