“Heydər Əliyev – 100 il” və “Uşaqlar Bizim Gələcəyimizdir” Adlı Tədbirdə Şəhid Övladları, Qaizlər, Şəhid Anaları və Ataları Medallar və Hədiyyələrlə Təltif Olundular.
Regionlarda həyata keçirilən “Azərbaycanda sosial-hümanitar siyasətin təbliği” layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi
“Azərbaycanda sosial-hümanitar siyasətin təbliği” layihəsinin icra planına uyğun olaraq, ictimai müzakirə təşkil etmək, eyni zamanda “Heydər Əliyev – 100 İl” liyinə həsr olunmuş “Uşaqlar bizim gələcəyimizdir” adlı tədbiri həyata keçirmək üçün “Sosial Dövlət Naminə” İctimai Birliyinin sədri Faiq Əhmədovun rəhbərliyi ilə böyük heyət – təşkilatın İdarə Heyətinin üzvü, musiqi departamentinin rəhbəri, tanınmış müğənni Vəsilə Quliyeva, İdarə Heyətinin üzvü Saleh Hacıyev, Birliyin fəxri üzvü, tanınmış rəssam Şəmsəddin Əliyev, mətbuat katibi Hamlet Abbasov, Nizami rayon Qadınlar şurasının sədri Gülnarə Məmmədova, Media-Yayım şöbəsinin rəhbəri Rəfail Yusifoğlu, gənclər təşkilatının sədri İlkin Hüseynov, Mehparə Məhərrəmova və könüllülərdən ibarət layihə qrupu, ictimai fəallar Xaçmaz rayonuna səfər ediblər.
Sentyabrın 12-də üçaylıq layihə çərçivəsində Xaçmaz şəhər B.Rəsulov adına 5 nömrəli tam orta məktəbin Akt zalında, Bakıdan gələn qonaqların, rayon ictimaiyyətinin fəallarının, qazilərin, şəhid analarının və onların ailə üzvlərinin, digər kateqoriyadan olan vətəndaşların, həssas qrup nümayəndələrinin iştirakı ilə açıq ictimai müzakirə təşkil edildi.
Tədbiri təşkilatın mətbuat katibi Hamlet Abbasov açaraq gələn qonaqları salamladıqdan sonra, Dövlət himni səsləndirildi. Sonra Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canını fəda edən şəhid Vətən övladlarının əziz xatirəsi birdəqiqəlik sükutla yad edildi. Hamlet Abbasov təşkilatın sədri Faiq Əhmədovun müəllifi olduğu və rəhbərliyi altında çapa hazırlanmış məlumatlandırıcı kitabçadan, eləcə də vətəndaşlara göstərilən sosial-hüquqi xidmətlər barədə məlumat verəndən sonra, əlavə olaraq qeyd etmişdir ki, “Sosial Dövlət Naminə” İctimai Birliyi son bu 3- il ərzində Ümummilli Lder Heydər Əliyevin doğum günləri də daxil olmaqla, bu günə kimi 1780 şəhid, qazi və əsgər ailələrinin sosial problemlərilə yaxından maraqlanmış, maddi-mənəvi dəstəyini əsirgəməmişdir. Bununla yanaşı, 2 (iki) az yaşlı uşağın müalicə xərclərini və 1 (bir) əsgər ailəsinin evinin təmir-tikinti işlərini də öz üzərinə götürmüşdür. Həmçinin, 1 (bir) qazimizə 3 sot torpaq sahəsində dəyəri 38.000 (otuz səkkiz min) manat civarında olan 3 (üç) otaqlı mənzil tikərək hədiyyə etmişdir. Bununla yanaşı, 2020-2021-ci il tarixlərində xüsusi layihə hazırlayaraq təşkilatımızın öz büdcəsi hesabına dəyəri 42500 (qırx iki min beş yüz) manat olan və Vətən müharibəsi zamanı qəhrəmancasına həlak olan şəhidlərimizin ailə üzvlərinə (“Şəhid anası”, “Şəhid atası”, “Şəhid yoldaşı”, “Şəhid bacısı”, “Şəhid qardaşı” və “Şəhid övladı” adında) xüsusi döş nişanları təqdim etmişdir. Birliyimiz öz büdcəsi hesabına 2022-ci ildə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə və “Şuşa İli”nə həsr olunmuş böyük konfranslar və musiqili tədbirlər keçirmişdir.
Sonra çıxış üçün sözü təşkilatın sədri Faiq Əhmədova verdi. Hər zaman dövlətimizin, xalqımızın, şəhid analarının, qazilərimizin yanında olan, onlardan öz diqqət və qayğısını əsirgəməyən Birliyin sədri, layihə rəhbəri Faiq Əhmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qeyri-Hökumət Təşkilatlarına göstərdiyi diqqət və qayğıdan danışaraq qeyd etmişdir ki, ölkə başçısının Ümummilli Lider Heydər Əliyevin uzaqgörənlik və müdrikliklə başladığı dövlətçilik proqramlarının, sosial islahatlarının, yürütdüyü siyasətin kökündə dövlətçilik işi vacib və əsas prioritet kimi durub. Faiq Əhmədov “Azərbaycanda sosial-hümanitar siyasətin təbliği” layihəsinin və müəllifi olduğu kitabça barədə də gələn qonaqlara ətraflı məlumat verərək qeyd etmişdir ki, “Sosial Dövlət Naminə” İctimai Birliyi ölkəmizdə heç də sıradan bir təşkilat deyil. Belə ki, sədri olduğum təşkilat cənab prezident İlham Əliyevin 10 mart 2020-ci il tarixində Azərbaycan Respublikasının Milli Məclisində söylədiyi çıxışı zamanı: “Azərbaycan sosial dövlətdir və bizim atdığımız bütün addımlar bunu təsdiqləyir” sözlərindən sonra 30 iyun 2020-ci il tarixində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində rəsmi qeydiyyatdan keçmişdir. Məlumunuz olsun ki, “Sosial Dövlət Naminə” İctimai Birliyi QHT-lər sırasında dövlətdən dəstək görməyən və öz şəxsi büdcəsi hesabına böyük layihələrə imza atan ən layiqli təşkilatlardan biridir. Təşkilatımız indiyədək, xüsusilə də pandemiya vaxtı və Vətən müharibəsi dövründə çoxlu sayda imkansız, aztəminatlı insanlara, şəhid ailələrinə, qazilərə maddi və mənəvi yardımlar etmiş, dövlətimizin sosial siyasətinə birmənalı şəkildə dəstək vermiş, bu müstəvidə hökumətimizə etibarlı tərəf müqabili kimi çıxış etmişdir. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2020-ci il üçün tərtib etdiyi hesabat xarakterli jurnalda fəaliyyəti təqdir olunan QHT-lər sırasında “Sosial Dövlət Naminə” İctimai Birliyi 27-ci yerdə qeyd olunub. Təvazökarlıqdan uzaq olsa da, qeyd edim ki, mən QHT rəhbəri olaraq həm də Qarabağ – Vətən müharibəsinin könüllü iştirakçısıyam. Bundan əlavə, ictimai birliyimiz Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın 2020-ci ilin mart ayında pandemiya ilə əlaqədar xeyirxah insanlara ünvanladığı “Biz birlikdə güclüyük!” humanist çağırışına qoşularaq həssas kateqoriyadan olan insanlara qayğı müstəvisində xeyli xeyirxah aksiyalar keçirmiş, o cümlədən 611 (altı yüz on bir) aztəminatlı, işləmək qabiliyyəti olmayan yoxsul ailəyə ərzaq yardımı paylamışdır. Bu və digər xeyirxah işlərimiz Azərbaycan Respublikası Prezidentinin köməkçisi cənab Hikmət Hacıyevlə zoom vasitəsilə telefon söhbətimizdə də təqdir olunmuşdur. Vətən müharibəsi Qələbəmizlə başa çatandan sonra da bu yöndə fəaliyyətimizi durmadan davam etdirmişik. Bundan sonrada atacağımız və atdığımız hər bir addımın kökündə dövlətə, Prezidentə və xalqa sədaqət hissi durur. Biz hamılıqla müstəqil müasir Azərbaycan naminə müxtəlif cəbhələrdə dövlət sevgisi əxz edirik. Yekun işimiz eyni hədəfdir – “Sosial Dövlət Naminə”. Bu yol bizi daha xoşbəxt sabahlara aparır.
Faiq müəllim çıxışı zamanı çox illər əvvələ dönərək bir əsas nüansada toxunaraq demişdir:
Cənab Prezident!
Fürsətdən istifadə edib, məlumat üçün tarixi bir anı diqqətinizə çatdırıram. 1947-ci ildə Heydər Əliyev Naxçıvanda olarkən günorta vaxtı Onu nahara dəvət edənlərə demişdir: “Kişinin dostu çox olar, düşərgəsi bir. Mən həmişə bu kəndə gələndə Nağdəli kişinin evində çörək yemişəm, bu gündə orda yeyəcəyəm. Həmin Nağdəli kişi mənim babam olub. O vaxt Ümummilli Liderimiz Heydər Əliyev bu müdürük və tarixi əhəmiyyətli ifadələri deməklə babamın ocağını şərəfləndirmişdir. Bu gün o şərəf yükü Nağdəli kişinin biz nəvələrinin boynuna düşür. Mən də 2003-cü ildə Ulu Öndərimiz Heydər Əliyev cismən aramızdan gedəndə gedib məzarı üstündə duraraq dedim ki, Sizin ruhunuz, müqəddəs ideyalarınız və tarixə qızıl hərflərlə yazılmış adınız qarşısında and içirəm, and içirəm ki, vaxtilə babamın ocağını şərəfləndirərək onunla kəsdiyiniz çörəyə heç bir zaman xəyanət etməyəcəyəm. Bütün varlığımla Sizə və Sizin Azərbaycan xalqına əmanət qoyub getdiyiniz İlham Əliyevə, onun ölkəmizdə apardığı daxili və xarici siyasətə sadiq qalacaq, hər zaman onu dəstəkləyəcəyəm.
Faiq Əhmədov daha sonra qeyd etmişdir ki, yuxarıda qeyd etdiklərimi nəzərə alaraq rəhbəri olduğum “Sosial Dövlət Naminə” İctimai Birliyi Ümummilli Lider Heydər Əliyevin 100 İlliyi ilə əlaqədar regionlarda həyata keçirtdiyi “Heydər Əliyev – 100 İl” – “Uşaqlar bizim gələcəyimizdir” adlı tədbirlərə şəxsi büdcəmiz hesabına Türkiyədən alınan, üzərində Ümummilli Lider Heydər Əliyevin şəkli olan min ədəd köynək, medallar, fəxri diplomlar, xüsusi ölçüdə hazırlanmış baner və s. sosial maarifləndirmə işinin bir hissəsi kimi qiymətləndirilə bilər. Biz Ulu Öndər Heydər Əliyevin sosial sahədəki ardıcıl iş prinsipini və dövlətçilik uğurunu regionlarda gələcək nəsillərə çatdırmaq üçün gücümüz çatan bütün imkanlardan istifadə etmək niyyətindəyik. Çünki hələ sağlığında Ümummilli Lider Heydər Əliyev uşaqlar haqqında belə deyirdi: “Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır”. Bir daha xüsusi olaraq qeyd edirəm ki, bizim məqsədimiz eyni hədəfdir: “Sosial Dövlət Naminə”. Bu yol bizi cənab Prezident Sizin rəhbərliyiniz altında daha xoşbəxt sabahlara aparır.
Onu da qeyd edək ki, tədbirdə 3 qat dünya çempionu, şəhid Kərəm Veyisovun anası, “Sosial Dövlət Naminə” İctimai Birliyinin, Xaçmaz rayon üzrə Qadınlar Şurasının sədri Nərgiz Veyisova, Xaçmaz rayon İcra Hakimiyyətinin məsul şəxsləri Vətən müharibəsi qazisi, ehtiyyatda olan mayor Tariyel Didarov, İctimai Birliyin İdarə Heyətinin üzvü Vəsilə Quliyeva, Saleh Hacıyev, Şəhidlərimizin ailə üzvləri, Qazilər və digər çıxışçılar söz alaraq bildirdilər ki, bu gün “Sosial Dövlət Naminə” İctimai Birliyinin həyata keçirdiyi “Azərbaycanda sosial-hümanitar siyasətin təbliği” layihəsi vətəndaşlar və dövlət qurumlarının nümayəndələri arasındakı sivil münasibətlərin, sosial sahədə ölkədə görülən böyük işlərin, yeni imkanların, yaradılmasından və rayonda həlli vacib olan bir çox problemlərin həllindən danışdılar, vətəndaşların sualları cavablandırıldı, ictimaiyyətlə geniş fikir mübadiləsi aparıldı, kitabçalar iştirakçılara hədiyyə olundu.
Tədbirin sonunda müasir Azərbaycanımızın memarı, Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Heydər Əliyev – 100 İl” – “Uşaqlar bizim gələcəyimizdir” adlı orta məktəb şagirdləri arasında şeir yarışması keçirildi və qaliblərə xüsusi mükafatlar təqdim olundu. Keçirilən müsabiqə zamanı 1-ci, 2-ci, 3-cü yer tutan şagirdlərə qızıl, gümüş, bürünc medallar və üzərində Heydər Əliyevin şəkili olan “Nə qədər Azərbaycan Var, Mən də Varam” köynəyi və “Heydər Əliyev 100-İl” Fəxri Diplomları təqdim olunmuşdur. Müsabiqədə iştirak edən digər fəal şagirdlər isə söylədikləri şeirlərinə görə “Fəxri Diplom”larla mükafatlandırıldı.
Tədbirdə 100 nəfərdən çox rayon sakini iştirak edirdi. Sonda xatirə şəkilləri çəkildi, paylanma materialı (kitabçalar) iştirakçılara hədiyyə olundu.
Onu da qeyd edək ki, “Sosial Dövlət Naminə” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə dəstəyilə “2023-ci il kiçik qrant müsabiqəsi” çərçivəsində 1 iyul – 30 sentyabr tarixlərində həyata keçirilən üçaylıq “Azərbaycanda sosial-hümanitar siyasətin təbliği” mövzusunda layihəsi regionlarda geniş ictimaiyyətə təqdim olunur.
“Sosial Dövlət Naminə” İctimai Birliyi olaraq tədbirin keçirilməsində göstərdikləri dəstəyə görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, Xaçmaz rayon İcra Hakimiyyətinin bütün kollektivinə təşəkkürünü bildirir.
İlahə Məmmədova,
“Sosial Dövlət Naminə” İctimai Birliyinin,
İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri
https://www.facebook.com/PresidentIlhamAliyev?mibextid=ZbWKwL
https://www.facebook.com/FirstvicepresidentofAzerbaijanOfficial?mibextid=ZbWKwL