Ölkədə 5 ulduzlu hotellərə tələbat daha çoxdur
Sabahinfo.az-ın məlumatına görə, bu barədə Dövlət Turizm Agentliyinin Regional turizmin inkişafı sektorunun müdiri Elgün Cavadov deyib.
Onun sözlərinə görə, bu səbəbdən Azərbaycanda daha çox 5 ulduzlu hotellər inşa edilir:
“Turizmə investisiyanın cəlb edilməsi ilə bağlı İqtisadiyyat Nazirliyi tərəfindən investisiya təşviqi sənədi verilir. Bu sənədlərdə regionlarda aşağı ulduzlu hotellərin tikintisi nəzərdə tutulur. Yalnız vətəndaşlar tərəfindən 5 ulduzlu hotellərə tələbat çox olduğuna görə, həmin mehmanxanaların tikintisinə üstünlük verilir”.