Ölkədə uşaq pornoqrafiyasının dövriyyəsi ilə bağlı neçə fakt aşkarlanıb? - RƏSMİ

Ötən il uşaq pornoqrafiyasının dövriyyəsi ilə bağlı üç fakt aşkarlanıb. 

Oxu.Az bununla bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin 2005-2020-ci illər üzrə ölkədə insan alveri ilə bağlı cinayətlərlə mübarizə işinin vəziyyətinə dair statistik məlumatlarına istinadən xəbər yayıb. 

Qeyd edilib ki, son 15 ildə pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma ilə bağlı 67 cinayət faktı qeydə alınıb.