Ölkəmizin bu "qızıl fondunu" real sektora yönləndirmək çox önəmlidir

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 fevral tarixli 3163 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində Azərbaycan Respublikasının vətəndaşı olan gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində bakalavriat, magistratura və ya doktorantura səviyyələri üzrə təhsilinin maliyyələşdirilməsi dünyada cox az dövlətlərin həyata kecirə bildiyi dövlətin öz gənc vətəndaşlarına göstərdiyi atalıq qayğısının nümunəsidir.

Xarici ölkələrin bu istiqamətdə (məsələn Hindistan Cin kimi böyük dövlətlər də daxil) bu prosesi daha cox təhsil kreditlərinin müxtəlif formaları şəklində həyata kecirdiklərinin şahidi oluruq..Azərbaycan dövlətinin təhsildə uğur qazanmış öz bacarıqlı gənclərinə bu möhtəşəm imkanı yaratmasının  təhsildən sonrakı dövrdə də

Mütəxəssis istehsalat-- transformasiyanın da önəmli olmasımnı vurgulamalıyıq.

Xüsusilə dəqiq elmlər informasiya texnologiyaları, süni intellekt səhiyyə və səhiyyə idarəçiliyi sahəsində olan ixtisaslara dünyada və xüsusən ölkəmizdə ciddi ehtiyac duyulması müşahidə olunmaqdadır.Bu istiqamətdə dünyanın nüfuzlu ali təhsil müəssisələrində təhsil almış gənclərin real sektora yönləndirilməsi bu sahələrin inkişafına gətirib çıxardacaqdır. Xüsusən bu sahələrdə dünya standartlarına cavab verən mütəxəssislərə ölkəmizdə ciddi ehtiyac duyulur. 

Nəzərinizə çatdırmaq istəyirəm ki, xüsusən magistratura və doktorantura pilləsində təhsil almış bu gənclərin Azərbaycan elminin inkişafına verəcəyi töhfələr şübhəsizdir. Bu mütəxəssislərin Azərbaycan universitetlərində elmi və akademik fəaliyyətə cəlb olunması mühümdür. Bu gələcəkdə yerli universitetlərin ixtisaslı kadr hazırlığında mühüm rol oynayacaqdır. Lakin, Azərbaycan iqtisadiyyatının yeni inkişaf düvrünə qədəm qoymasının nəzərə alaraq ölkəmizin bu “qızıl fondunu” real sektora da yönləndirmək çox önəmlidir. Bu potensialdan Birtərəfli qaydada istifadə etmək  dövlət vəsaitlərindən istifadənin  səmərəliliyini aşağı salar. Xüsusən Azərbaycanın gələcək inkişaf perspektivlərinə nəzər yetirdikdə yeni sahələrin nə qədər vacib olduğu göz önündə canlanır. 

Bir daha qeyd etmək istiəyirəm ki, möhtərəm cənab prezidentin bu dövlət proqramlarının həyata keçirilməsinə göstərdiyi diqqət və qayğı Azərbaycan iqtisadiyyatının elminin və təhsilinin inkişafına  necə dəstək verdiyinin şahidi oluruq və olacağıq!

Müsfiq Məmmədli
Milli Məclisin deputatı