Ömrünə şəhidlik zirvəsi yazılan DAVUD

Hacıyev Davud Novruz oğlu 1998-ci ildə Xaçmaz Şəhərində anadan olub. 2004-cü ildə 6 yaşında anası Validə xanım onu öz təhsil aldığı 6 saylı  orta məktəbə təhsil alması üçün sənədlərini həmin məktəbə verib və Davud 6 saylı məktəbdə təhsil almağa başlayıb. 2013- cü ildə məktəbin lX sinifini bitirən Davud təhsilini davam etdirmək üçün Xaçmaz Peşə Litseyində şirniyyatçı ixtisası üzrə təhsil alıb. Davudun müəllimələri onun necə mehriban , qayğıkeş bir gənc olduğunu, yoldaşdarı arasında hörmətli olduğunu söyləyirlər. 2016-cı ildə Vətənə olan borcunu ləyaqətlə yerinə yetirmək üçün ordu sıralarına qoşulan Davud  hərbi xidmətdə olarkən lazımı hərbi biliklərə yiyələnmiş, döyüş bacarığını öyrənmiş qorxmaz, cəsur bir hərbiçi kimi tanımışdır. 2018-ci ilin yanvarında hərbi xidmətini başa vurub doğma Xaçmaz rayona gəlib. Anası Validə xanım bircəcik oğlunun ordu sıralarından təxris olunduğunu gördüyü  andan sevinci yerə-göyə sığmayıb. 
44 günlük Vətən müharibəsi zamanı Davud könülü müharibəyə yazılıb.  Onun Vətənə olan sevgisi göz önündədir. Vətən müharibəsi  başlayan gün Davud Goranboy rayonuna gəlmiş Cəbrayılın düşmək tapdağından azad olunmasında fəal iştirak etmişdir. Düşmənlə döyüşdə qəhrəmancasına vuruşmuşdur. Davud 3 oktyabrda əsgər yoldaşlar ilə birlikdə Füzuli rayonuna gəlmiş, Füzulu rayonunun da düşməndən azad olunmasında fəal iştirak etmişdir.  Füzuli azad olunduqda anasına zəng edərək hal-əhval sorşub. Mən yaxşıyam, narahat olma  deyib.   Davud oktyabrın 9 da düşmən snayperinin gülləsinə tuş gəlir.  Ağır snayper yarası alan Davud 26 noyabır 2020-ci ildə vəfat edib. Allah rəhmət eləsin!
Davudun cəbhədə etdiyi qəhrəmanlıqla bağlı böyüyüb boya-başa çatdığı Xaçmazda, onun hərbiçi yoldaşları danışırlar. Davud bizim qəlbimizdə daim yaşayacaq.
Elnarə Həziyeva
Sabahinfo.az saytının şöbə müdiri