Ov mövsümü ilə bağlı növlərin sayğısı və monitorinqləri həyata keçirilir

Ölkə ərazisində mütəxəssislər tərəfindən növlərin sayğısı və monitorinqləri həyata keçirilir.

Sabahinfo.az xəbər verir ki, bu barədə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib.

O qeyd edib ki, bu səbəbdən 2024-2025-ci illər üçün ov mövsümünün açılması məsələsinə "Ov Məsələləri üzrə Koordinasiya Şurası”nın növbəti iclasında baxılması nəzərdə tutulub.