Pakistan-Əfqanıstan sərhədində atışma: Ölən var

Pakistan-Əfqanıstan sərhədində atışma baş verib. 

Sabahinfo.az xarici KİV-ə  istinadən xəbər verir ki, hadisə “Spin-Boldak-Çaman” sərhəd-keçid məntəqəsinin ərazisində qeydə  alınıb. Belə ki, hadisə nəticəsində Pakistan Sərhəd Xidmətinin 1 əsgəri ölüb, 2 nəfər yaralanıb.

Pakistan tərəfi sərhəd-keçid məntəqəsinin fəaliyyətini dayandırıb və Əfqanıstan hadisəni törədənləri təslim edəndən sonra yenidən sərhəd məntəqəsinin açılacağını bildirib.